Rusiyanın “Aeroflot” aviaşirkətinin informasiya sistemini hakerlər dağıdıblar

image-3e11dff0c47568d4db5a5fdf071ed2ae622c9491_2_820x449backend

Rusiyanın “Aeroflot” aviaşirkətinin informasiya sistemində yaranmış nasazlığa görə məsuliyyəti “Silent Crow” və “Cyberpartisans” haker qrupları öz üzərinə götürüb.

newsbaku.az bu barədə “Kommersant” nəşrinə istinadən məlumat yayıb.

Hakerlər bir il ərzində “Aeroflot”un “korporativ şəbəkəsində” olduqlarını bildiriblər.

Nəticədə 7 000-ə yaxın həm fiziki, həm də virtual serverin məhv edildiyi iddia edilir.

Hakerlər uçuş tarixçəsi məlumat bazalarını əldə etdiklərini, bütün kritik korporativ sistemləri ələ keçirdiklərini, idarəetmə də daxil olmaqla işçilərin şəxsi kompüterlərinə nəzarəti ələ keçirdiklərini, dinləmə serverlərindən və kadrların müşahidə və nəzarət sistemlərindən məlumatların kopyalandığını bildiriblər.

Artıq haker hücumundan sonra “Aeroflot” aviaşirkətinin informasiya sistemində yaranmış nasazlıqla bağlı kompüter məlumatlarına qeyri-qanuni girişlə bağlı cinayət işi açılıb.

Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, prokurorluq orqanının yoxlaması əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin dördüncü hissəsi (kompüter məlumatlarına icazəsiz daxil olma) ilə cinayət işi açılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki