“Qarabağ” növbəti transfer çalışmasını yekunlaşdırıb.
newsbaku.az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Semmi Mmae ilə anlaşıb.
“Dinamo Zaqreb”in stopperi artıq Bakıdadır. Mərakeşəsilli belçikalı bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, günün ikinci yarısında rəsmi açıqlama veriləcək.
28 yaşlı mərkəz müdafiəçisi ötən yay “Dinamo”ya Macarıstan “Ferentsvaroş”undan azad agent kimi keçib. “Gent”in yetirməsi Belçikada, həmçinin “Standard” və “Sent Trüden”in şərəfini qoruyub. Niderland “Maatstrixt”ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.
Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də “Qarabağ”ın “Ferentsvaroş”la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.
newsbaku.az