Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir

image-f3lvlv0wiacigt3-1backend

Polşa ordusu Almaniya ilə sərhəddə “Təhlükəsiz Qərb” adlı xüsusi əməliyyat keçirir.

newsbaku.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış özünün “X” səhifəsində məlumat yayıb.

“Eyni zamanda, biz Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk”, – deyə Polşanın müdafiə naziri qeyd edib.

Əməliyyatda ümumilikdə beş minə yaxın Polşa hərbçisinin iştirak etdiyi bildirilir.

Xatırladaq ki, iyulun 3-də Polşa Baş Qərargahının rəisi general Visslav Kukula Almaniya və Litva ilə sərhədlərin mühafizəsini gücləndirmək üçün oraya 5 min Polşa əsgərinin göndəriləcəyini bildirmişdi. Polşa Baş Qərargahının rəhbəri qeyd edib ki, qeyri-qanuni miqrasiya Polşanın təhlükəsizliyinə ciddi təhlükə yaradır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki