Omar Momani Qurban Qurbanova karikatura həsr edib

image-hbackend

Dünyaca məşhur rəssam Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.

newsbaku.az xəbər verir ki, o karikaturanı “Facebook” hesabında paylaşıb.

Momani paylaşımına “Qurban Qurbanov – əsl Qarabağ əfsanəsi” şərhini yazıb.

Karikaturada Qurban Qurbanovun Qarabağ atı belində təsviri əks olunub. O, təsvirdə Roma imperatoru Yuli Sezara bənzədilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki