Nikol Paşinyan: “Ölkəni Sarqsyandan azad etdiyimiz kimi, kilsəni də azad edəcəyik”

image-1746431255_815c5a57-a5ae-4e26-b2ee-6db66dafe44cbackend

Ermənistanın baş naziri Nikol Paşinyan kilsənin subaylıq andını pozan keşişlərdən azad edilməsi hərəkatına şəxsən rəhbərlik etmək niyyətində olduğunu növbəti dəfə bəyan edib.

newsabaku.az TASS-a istinadən xəbər verir.

“Mən onları (keşişləri) lənətləyə bilərəm, amma bunu etməyəcəyəm. Mən ancaq söylədim ki, kilsənin onlardan azad edilməsi üçün hərəkata rəhbərlik edəcəyəm. Lənətləmələrə ehtiyac yoxdur”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, o, bunu 2018-ci ildə respublikanın keçmiş baş naziri Serj Sarqsyanın vəzifədən uzaqlaşdırılmasına nail olduğu və hakimiyyətə gəldiyi üsullarla edəcək.

newsabaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki