Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub

image-izobrazhenie_2025-07-06_142211785backend

Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub.

newsbaku.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.

“Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib”, – təşkilatın saytında dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və ləğv edilməsi azı 75 min sərnişinin planlarına təsir edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki