Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyin olunub

image-izobrazhenie_2025-07-08_143305683backend

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.

newsbaku.az-ın əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.

Mədəniyyət Nazirliyindən “Report”a təyinat xəbərini təsdiqləyiblər: “Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”.

Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.

A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki