Keylor Navas rəsmən Meksika klubunda

image-640-1backend

“Nyuells Old Boys”nun və Kosta-Rika millisinin qapıçısı Keylor Navas Meksika “Pumas”ına transfer olunub.

newsbaku.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

“Real Madrid”dəkı çıxışı ilə tanınan 38 yaşlı qolkiperin transferi “Pumas”a 2 milyon dollara başa gəlib və bunun 100 mini Argentina təmsilçisinə bonuslar şəklində ödəniləcək.

Qolkiper Rosario klubuna 2025-ci ilin yanvarında qoşulub və komandanın heyətində keçirdiyi 16 oyunda 11 qol buraxıb. 8 matçda isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Arsenal”ın və Uels millisinin sabiq futbolçusu Aaron Remzi də bir müddət əvvəl “Pumas”a transfer olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki