İkardinin davranışları “Qalatasaray” rəhbərliyinin qəzəbinə səbəb olub

image-icardibackend

“Qalatasaray” klubu Mauro İkardi ilə bağlı sərt tədbirlər görmək qərarına gəlib.

newsbaku.az “Haber Global”a istinadən xəbər verir ki, “Qalatasaray” mətbuatda və məhkəmə sistemində yayılan qalmaqallardan sonra argentinalı hücumçu Mauro İkardinin davranışına qarşı mövqeyini sərtləşdirib.

Belə ki, futbolçuya bundan sonra Argentinaya getmək və ya ailəvi problemləri ilə bağlı danışmaq qadağan edilib.

Mauro İkardinin “Qalatasaray”la müqaviləsi 2026-cı ildə başa çatacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki