“Fənərbağça”nın yeni transferi Joze Mourinyonu özündən çıxarıb

image-jose-mourinho-en-el-campobackend

“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo komandanın yeni futbolçusu, “Ən-Nəsr”dən icarə əsasında İstanbula keçən kolumbiyalı hücumçu Con Duranın davranışından narazı qalıb.

newsbaku.az “Marca”ya istinadən xəbər verir ki, kolumbiyalının “Fənərbağça”da ilk məşqinə çıxmaması portuqaliyalı mütəxəssisi özündən çıxarıb.

“Bu, hörmətsizlikdir. Hamıya bəlli qaydalar var və buna əməl etməyənlər cəzalanacaqlar. Onunla danışacağıq… Əgər o, əlbəttə ki, ortaya çıxsa”.

Qeyd edək ki, 21 yaşlı kolumbiyalı 2025-ci ilin yanvarında 77 milyon qarşılığında “Aston Villa”dan Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olunub. Onun Səudiyyə Ərəbistanında illik maaşı 18.8 milyon avrodur. Duran ötən mövsüm Pro Liqada 13 matçda 8 qol vurub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki