Kamerun Prezidenti Pol Biya 92 yaşında yeni prezidentlik müddətinə namizəd olmaq qərarına gəlib.
newsbaku.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Mən 2025-ci il oktyabrın 12-də prezidentliyə namizədliyimi irəli sürürəm. Əmin olun ki, sizə xidmət etmək əzmim üzləşdiyimiz problemlərin şiddətinə uyğundur. Biz birlikdə istənilən maneələri dəf edə bilərik”, – deyə o, ölkə vətəndaşlarına müraciətində bildirib.
Qeyd edək ki, 1982-ci ildən hakimiyyətdə olan Biya dünyanın ən yaşlı dövlət başçısıdır. Yeni müddətə mümkün təkrar seçilməsi ona, demək olar ki, 100 yaşına qədər prezident olaraq qalmağa imkan verəcək.