Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü bir medalla başa vurublar

image-lq3ygmc6wketbut0tiavibaqquwu3bwdeub4syon_1200backend

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının ilk gününü bir medalla başa vurublar.

newsbaku.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev üçüncü yer uğrunda qarşılaşmada litvalı Adris Yakubauskasla dueldən məğlub ayrılıb.

Daha əvvəl 50 kq çəki dərəcəsində çıxış edən Anar Quliyev bürünc mükafata sahib çıxıb.

44 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Abdullayeva və Gülşən Hüseynova əvvəlcə 1/4 finalda, sonra isə təsəlliverici dueldə məğlub olublar.

50 kq çəki dərəcəsində Rza Xəlilli və 55 kq-da Rəsul Əlizadə 1/16 finalda uduzublar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki