Dana Uayt: “Ağ Evdə keçiriləcək turnir geniş miqyasda xüsusi hadisə olacaq”

image-orig_710101-1backend

“Hər kəs bu tədbirin bir hissəsi olmaq istəyir. Ağ Ev turniri üçün əla bir siyahı hazırlaya bilərik”.

newsbaku.az xəbər verir ki, bunu UFC prezidenti Dana Uayt Ağ Evdə 2026-cı ildə keçirilməsi planlaşdırılan qarışıq döyüş növləri turniri ilə bağlı fikirlərini federasiyanın rəsmi saytına açıqlaması zamanı deyib.

“Tramp və mən bu döyüşlər üçün nə edə bilərik? Bu, Las-Veqasda etdiklərimizə bənzər, yalnız daha geniş miqyasda xüsusi bir hadisə olacaq. Bir daha belə bir tədbir olmayacaq”.

Qeyd edək ki, iyulun 4-də ABŞ Prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunmuş tədbirdə UFC turnirinin Ağ Evin ərazisində keçiriləcəyini bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki