“Crocus City Hall”dakı terrora haqq qazandırdı, həbs edildi

image-izobrazhenie_2025-08-06_151158234backend

Rusiyanın Krasnoyarsk diyarının Novoselovo sakini sosial şəbəkələrdə hərbi komisarlıqların ləğvi və “Crocus City Hall”da terrorçuların əməllərinə haqq qazandıran çağırışlara görə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krasnoyarsk diyarının prokurorluğu məlumat verib.

“2022-ci ilin oktyabrında Novoselovo qəsəbəsinin 58 yaşlı sakini mesencerlərdən birində dərc edilən paylaşımda terrorizmə dəstək və hərbi komisarlıqların məhv edilməsinə çağırışların yer aldığı şərh yazıb. 2024-cü ilin martında “Vkontakte” sosial şəbəkəsində “Crocus City Hall”da baş vermiş faciə ilə bağlı paylaşımın altında isə o, başqa təhrikedici mesaj yerləşdirib və bu dəfə terrorçuların əməllərinə haqq qazandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişini saxlayıblar”, – deyə məlumatda bildirilib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə terror fəaliyyətinə çağırışlar və terrorizmin təbliği üzrə cinayət işi açılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki