Dünyada yeni yaradılan heybol bilyard növü üzrə Azərbaycanda da yarışın təşkil edilməsi planlaşdırılır.
newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, açıqlamasında Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov bildirib.
Onun sözlərinə görə, bu idman növü yeni yaradılıb və Azərbaycanda da inkişafı üçün işlər görülür.
“Hazırda yeni yaradılan bilyard növünün adı heyboldur. Bilyardın iki növü – snukerlə pulun qarışığı olan bu idmanla bağlı gələcəkdə yarışların təşkil edilməsi planlaşdırılır”, – deyə S.Məmmədov bildirib.
newsbaku.az