London və Paris “Storm Shadow” raketini modifikasiya edəcək

image-69968524_605backend

Böyük Britaniya və Fransa daha çox “Storm Shadow” qanadlı raketləri sifariş edəcək və onların yenilənmiş versiyalarla əvəzlənməsi üzərində işə başlayacaq.

newsbaku.az xəbər verir ki, bu barədə ikitərəfli sammit ərəfəsində Birləşmiş Krallıq hökumətinin bəyanatında deyilir.

“Yeni razılaşma Böyük Britaniya və Fransa həm uzaq mənzilli raketlərin, həm də gəmi əleyhinə raketlərin yaradılması üzrə birgə layihənin növbəti mərhələsinə başlamasını nəzərdə tutur. Bu, “Storm Shadow” raketinin əvəzlənməsi üçün son layihənin seçilməsinə doğru daha bir addımdır”, – bəyanatda qeyd olunur.

Bundan əvvəl iki dövlətin nüvə çəkindirmə vasitələrinin koordinasiyası haqqında bəyannamə imzalayacaqları bildirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki