“Xaricdə Təhsilin Üstünlükləri və Çağırışları: Ölkə və Universitet Seçimində Diqqət Ediləcək Meyarlar”

image-whatsapp-image-2025-08-15-at-18-02-26backend

newsbaku.az xəbər verir ki, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli xaricdə təhsilin üstünlükləri və yaratdığı çətinliklərlə bağlı fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, xaricdə təhsil tələbələrə yalnız nəzəri bilik qazandırmır, həm də onları praktiki layihələrə cəlb edir, araşdırma aparmağa və yeni ideyalarını sınamağa təşviq edir. Bu, gələcəkdə iş imkanlarının genişlənməsinə şərait yaradır. Xaricdə oxuyan tələbələr həmçinin gündəlik həyatın içində dil biliklərini sürətlə inkişaf etdirir, müxtəlif ölkələrdən gələn gənclərlə ünsiyyət quraraq dünyagörüşlərini genişləndirirlər.

Əmrah Həsənli bildirir ki, üstünlüklərlə yanaşı, müəyyən çətinliklər də mövcuddur. Bunlara əsasən maliyyə məsələləri, yaşayış xərclərinin yüksəkliyi, mədəni uyğunlaşma və ailədən uzaq olmaq daxildir. Onun sözlərinə görə, bəzi tələbələr ilk aylarda dil baryeri səbəbindən çətinlik çəkə bilirlər.

Xaricdə təhsil seçərkən yalnız universitetin reytinqinə deyil, həm də təhsil keyfiyyətinə, təqaüd imkanlarına, yaşayış şəraitinə, ölkənin təhlükəsizlik səviyyəsinə və tələbələrə münasibətinə diqqət yetirmək vacibdir.

“Xaricdə təhsil sadəcə diplom deyil, eyni zamanda həyat məktəbidir. Düzgün seçim və yaxşı planlaşdırma ilə bu təcrübə tələbənin həm şəxsi inkişafına, həm də karyerasına böyük töhfə verir,” – deyə təhsil eksperti vurğulayıb.

Jalə Raminqızı

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki