Vüqar Bağırov “Turan Tovuz”un əsas heyəti ilə məşqlərə qoşulub

image-izobrazhenie_2025-07-08_134313386backend

Yay təlim-məşq toplanışını Türkiyədə keçirən “Turan Tovuz” klubu əvəzedici heyətin üzvü Vüqar Bağırovu da əsas heyətə cəlb edib.

newsbaku.az xəbər verir ki, gənc futbolçu daha öncə “Turan Tovuz” klubunun əvəzedici komandasında çıxış etsə də, Kurban Berdıyev ona əsas heyətdə güvənəcək.

Qeyd edək ki, Vüqar Bağırov “Qarabağ” futbol akademiyasının yetirməsi olub. Daha sonra isə Türkiyənin “Alanyaspor” klubunda çıxış edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki