UEFA Çempionlar Liqası: “Qarabağ” “Şelburn”a qarşı

image-1200-1backend

Təmsilçimiz “Qarabağ” bu gün avrokuboklardakı ilk matçına çıxacaq.

newsbaku.az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan ağdamlılar İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcəklər.

İlk matçını səfərdə keçirəcək “Qarabağ” meydana Bakı vaxtı ilə saat 22:45-də çıxacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

23 iyul

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

Saat 22:45, “Şelburn” – “Qarabağ”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki