Toon Raemaekers: “Bakıya “Qarabağ”ı məğlub etmək üçün gəlmişik”

image-yzpffepiz6563bmycizbu81hpdwbpaa1fnuxvp2e_1200backend

“Bakıya “Qarabağ”ı məğlub etmək üçün gəlmişik”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Macarıstan təmsilçisi “Ferentsvaroş”un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

“Komandada əhvali-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki