Tbilisinin mərkəzindəki torpaq sahəsi 49 il müddətinə Azərbaycanın pulsuz istifadəsinə verilib

image-640-1backend

Gürcü Arzusu hökumətinin sərəncamı ilə Vaxtanq Qorqasali küçəsində 69 kvadratmetrlik torpaq sahəsi Azərbaycan Respublikasının Tbilisidəki səfirliyinə pulsuz istifadə üçün verilib.

newsbaku.az Apsny.ge-yə istinadən xəbər verir ki, icarənin müddəti 49 ildir.

Sənəd iyulun 18-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb.

Sənəd üçün əsas Gürcüstanın “Dövlət əmlakı haqqında” Qanununun 36-cı maddəsinin 2-ci bəndi olub.

İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Əmlakı Milli Agentliyinə istifadə hüququnun verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmək tapşırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün paytaxtın Yasamal rayonunda, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi ayrılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki