Şəmkir rayonunda su anbarına gedən boru kəmərində yaranan problem aradan qaldırılır.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilib.
Qeyd olunub ki, hadisə suyun təzyiqi səbəbindən baş verib.
“Sözügedən boru kəməri 1988-ci ildən istismar olunur. Suyun verilişi zamanı təzyiq nəticəsində qaynaq yerində qəza olub. İndi həmin hissə kəsilib, yenilənir. Hazırda ərazidə ciddi iş gedir.
Günün sonuna kimi işlər yekunlaşacaq və ərazidə suyun verilişi təmin ediləcək”, – deyə məlumatda bildirilir.
newsbaku.az