Şəmkirdə altı yaşayış məntəqəsini birləşdirən yollar təmir ediləcək – İki milyon manat ayrıldı

image-874506_src-1backend

Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir – Dəllər Daşbulaq və Qədimqala – Miskinli – Keçili – Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

newsbaku.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir – Dəllər Daşbulaq və Qədimqala – Miskinli – Keçili – Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki