“Mövsümə qələbə ilə başlamağımız vacib idi”.
newsbaku.az xəbər verir ki, bunu “Selye”nin baş məşqçisi Albert Riera mətbuat konfransında deyib.
“İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrə çox həssasıq. Buna görə də hazırlıqda oyunun bu seqmentinə daha çox diqqət yetirdik. Əgər probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə bir çağırışdır. Mövsümə qələbə ilə başlamağımız vacib idi. Məndə çox fərqli oyun təklif edən oyunçuların profilləri var, ikinci matçdan əvvəl biz çox yaxşı hazırlaşmışıq”.
Qeyd edək ki, “Selye” – “Sabah” matçı sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
newsbaku.az