Sabirabadda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində sürücülərdən biri – Rəhim Əliyev və onun azyaşlı nəvəsi həlak olublar.
Digər avtomobilin sürücüsü və üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
newsbaku.az