Rusiyada Alpinizm Federasiyasının keçmiş prezidenti dağa qalxarkən dünyasını dəyişdi

image-jdktxnv33uijppcf7ftuepugn6qi0l16euasv2hu_1200backend

Rusiyada Alpinizm Federasiyasının keçmiş prezidenti, alpinist Aleksandr Rastorquyev Canqi-Tau zirvəsinə qalxarkən qaya uçqunu altında qalaraq ölüb.

newsbaku.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Avqustun 27-də Canqi-Tau (Bezenqi) zirvəsinə qalxan zaman Aleksandr Rastorquyev ölüb. İlkin məlumata görə, avqustun 25-də marşruta çıxan idman qrupu daş uçqunu altında qalıb. Helikopter qrupun iki üzvünü təxliyə edib. Onlardan biri xəsarət almayıb, ikinci iştirakçı Yekaterina Fyodorova isə yaralı olub və xəstəxanaya çatdırılıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, Rastorquyev alpinizm üzrə idman ustası olub. Avqustun 25-də onun 68 yaşı tamam olub. O, Aleksandr Kolçinlə birlikdə 1989-cu ildən bəri həyatı boyunca 200 dəfədən çox dağa qalxıb. İdmançı Krasnodar diyarının Alpinizm Federasiyasının prezidenti (2010-11) olub, Rusiya Alpinizm Federasiyasında müxtəlif departamentlərə rəhbərlik edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki