“Karvan” heyətini daha bir futbolçu ilə gücləndirib.
newsbaku.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandamız müdafiəçi mövqeyində çıxış edən Süleyman Əhmədov ilə 1 illik yeni müqavilə imzalayıb. 25 yaşlı futbolçu son olaraq “Səbail” klubunda çıxış edib.
Qeyd edək ki, “Karvan” daha öncə ötən mövsümü “Turan Tovuz”da keçirmiş Eltun Turabovla anlaşıb.
newsbaku.az