Messinin qol, “İnter Mayami”nin qələbə seriyası başa çatdı

image-new-york-city-fc-v-inter-miami-cfbackend

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-in növbəti turunda səfərdə “Sinsinnati”yə 0:3 hesabı ilə uduzub.

newsbaku.az xəbər verir ki, bununla argentinalı ulduzun ardıcıl beş oyun davam edən qol seriyası sona çatıb.

Messi MLS-də əvvəlki beş matçın hər birində dubla imza atmışdı.

“İnter Mayami”nin kapitanı cari mövsümdə 17 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Florida təmsilçisinin MLS-dəki üç oyunluq qələbə seriyası da bu məğlubiyyətlə başa çatıb. Komanda hazırda Şərq Konfransında 38 xalla beşinci yerdə qərarlaşıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki