Kalininqrad vilayətinə zərbə vurmağa çağırış edən polşalı general ölüb

image-qwyobowurqhajk3zc598nbo8ugogyrusrm6kx3vd_1200backend

Kalininqrad vilayətinə zərbə vurmağa çağırış edən polşalı general Valdemar Skşipçak ölüb.

newsbaku.az-ın xəbərinə görə, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Məlumata görə, Moskva ilə NATO arasında münaqişə yaranacağı təqdirdə Kalininqrad vilayətinə hücum etməyə çağıran ölkənin quru qoşunlarının keçmiş komandanı Valdemar Skşipçak Polşada dünyasını dəyişib.

Nazir bu ölümü “hərb ailəsi üçün böyük itki” adlandırıb.

“Mən ona minlərlə təlim keçmiş əsgər üçün, onlara evdə və döyüş tapşırıqlarında rəhbərlik etdiyi üçün təşəkkür edirəm”, – deyə Vladislav Kosinyak-Kamış paylaşımda bildirib.

Nazir Skşipçakın ölüm səbəbini açıqlamayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki