ABŞ-ınin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranda uranın zənginləşdirilməsi hələ həyata keçirilməyib. Lakin Tehran bu prosesdən imtina etmək niyyətində deyil.
newsbaku.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib.
“Hazırda ciddi ziyan dəydiyinə görə zənginləşdirmə prosesi dayandırılıb. Bununla belə, biz bu fəaliyyətdən əl çəkmək niyyətində deyilik. Çünki bu, bizim alimlərimizin nailiyyətidir. Üstəlik, indi bu məsələ milli qürur məsələsinə çevrilib”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, İranın Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəyən ziyanın miqyasını və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.
newsbaku.az