Bu ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 357 milyon 900 min manat, xərcləri isə 19 milyard 593 milyon 700 min manat icra olunub.
newsbaku.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, icmal büdcədə 4 milyard 764 milyon 200 min manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962 milyon 900 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554.6 milyon manat və ya 16.3% çox), xərcləri 3 milyard 743 milyon 500 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324.5 milyon manat və ya 9.5% çox) olub.
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121.4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33.7 milyon manat və ya 21.7 faiz az), xərcləri 84.4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17.4 milyon manat və ya 26 faiz çox) olub.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253 milyon 800 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 82.5 milyon manat və ya 7 faiz çox), xərcləri 1 milyard 15 milyon 400 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219.9 milyon manat və ya 27.6 faiz çox) olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815 milyon 900 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4.6 faiz az), xərcləri 7 milyard 264 milyon 800 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862.1 milyon manat və ya 13.5 faiz çox) olub.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213.2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47.7 milyon manat və ya 18.3 faiz az), xərcləri 203.2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.7 milyon manat və ya 6.1 faiz çox) olub.
newsbaku.az