Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib

image-hhhhhhhhbackend

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) toxuculuq avadanlıqlarında səs-küy emissiya səviyyəsinin müəyyən edilməsi məqsədilə toxuculuq sahəsində yeni dövlət standartları qəbul edib.

newsbaku.az  AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS ISO 9902-1:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 1: Ümumi tələblər”, AZS ISO 9902-2:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”, AZS ISO 9902-3:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 3: Toxunmamış məmulatların istehsalı avadanlıqları” AZS ISO 9902-4:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi— Hissə 4: İpliyin emalı, kəndir və kanat istehsalı avadanlıqları”, AZS ISO 9902-5:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 5: Toxuculuq və trikotaj məmulatlarının ilkin emalı avadanlıqları”, AZS ISO 9902-6:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 6: Parça istehsalı avadanlıqları”, AZS ISO 9902-7:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 7: Boyama və işləmə avadanlıqları” yeni dövlət standartlarıdır.

Onların tətbiqində məqsəd toxuculuq məmulatlarının istehsalı zamanı avadanlıqların səs-küy emissiyası göstəricilərinin müəyyən edilməsinin təmin olunmasıdır. Bu isə ölkədə toxuculuq sahəsində avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy emissiyalarının qarşısını almağa imkan yaradacaq.

Standartlar “Tekstil sahəsi” Standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Sözügedən standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə istinad standartları kimi qəbul edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki