Gömrük borcunun ödənilməsi qaydaları dəyişdirildi

image-1200-1backend

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

newsbaku.az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 192-VIIQD nömrəli Qanunu) 244.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

“244.3. Gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki