İmişlidə yeniyetmə Araz çayında batıb

image-lbackend

İmişlidə Araz çayının Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı şəxs batıb.

newsbaku.az  xəbər verir ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirli Araz çayında boğulub.

S.Cahangirlinin axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

İlkin məlumata görə, Süleyman çayda üç nəfər ilə birgə çimirmiş. Onlardan ikisi sudan çıxsa da, Süleyman çayda boğulub.

newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki