“Gənclər Cəmiyyətin Gücüdür” – Könüllülükdən İctimai Təşəbbüslərə Uzanan Yol

image-izobrazhenie_2025-08-05_155636657backend

2025-ci ildə Azərbaycanın müxtəlif bölgələrində gənclərin sosial fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə könüllülük fəaliyyəti, ekoloji aksiyalar, yardım kampaniyaları və rəqəmsal təşəbbüslərdə iştirak edən gənclərin sayı sürətlə çoxalır.

Mütəxəssislər bildirir ki, sosial fəallığın yüksəlməsi gənclərin vətəndaş məsuliyyətini və ictimai həyatdakı rolunu gücləndirir. Azərbaycan Gənclər Fondundan verilən məlumata görə, 2025-ci ilin ilk yarısında gənclər tərəfindən təqdim olunan sosial layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.

Gənclər bildirirlər ki, könüllülük fəaliiyətləri nə qədər müsbət cəhətləri olsa da mənfi cəhətləri də var:

“Bəzi könüllü təşkilatları ödənişsiz şəkildə könüllü qəbul edirlər, bəzi təşkilatlar isə bu boşluqdan sui-istifadə edərək daimi işləri belə könüllülərə gördürür. “Könüllüdürsə, hər şeyə razı olar” düşüncəsi ilə gənclərə qeyri-peşəkar münasibət göstərilir.”

Sosial şəbəkələrdə aparılan maarifləndirici kampaniyalar, onlayn petisiyalar və #Gənclərİrəlidə kimi heştəqlər isə sosial fəallığın yeni mərhələyə keçdiyini göstərir. Gənclər həm əyani həm də online formada könüllü təcrübəsi qazana bilirlər.

Jalə Quliyeva

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki