Gəncədən Moskvaya olan uçuş təxirə salındı – SƏBƏB

image-izobrazhenie_2025-07-09_232923328backend

Gəncə şəhər Beynəlxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması planlaşdırılan aviareys təxirə salınıb.

newsbaku.az xəbər verir ki, saat 18:00-da həyata keçirilməsi gözlənilən uçuş sabah saat 12:00-dək təxirə düşüb.

İlkin məlumatlara əsasən, həmin aviareyslə 118 sərnişinin uçması nəzərdə tutulurdu. Sərnişinlərin bir qisminin Gəncə şəhərindəki hotellərə yerləşdirildiyi bildirilib.

Təxirə salınmanın səbəbinin təyyarədəki texniki nasazlıq olduğu ehtimal edilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki