FIFA-nın sabiq prezidenti Yozef Blatter turnirlərin çoxluğuna görə təşkilatın hazırkı rəhbərliyini tənqid edib.
newsbaku.az bu barədə “The Athletic” nəşrinə istinadən məlumat yayıb.
Y.Blatter, həmçinin Səudiyyə Ərəbistanından olan zəngin insanların futbola müdaxiləsindən şikayətlənib.
“Biz futbolu Səudiyyə Ərəbistanına qurban veririk. Təəccüblüdür ki, FIFA daxilində vəziyyətə müdaxilə etmək istəyən yoxdur. Futbol qarşılaşmalarının sayı çoxalıb. Futbolçular və klublar dincəlməyə kifayət qədər vaxt tapmadıqlarından daim əziyyət çəkirlər. Klublararası dünya çempionatının oyunları zamanı müşahidə edilən istilər futbolçuların sağlamlığına zərər vurur və qəbuledilməzdir”, – deyə 89 yaşlı Y.Blatter qeyd edib.
newsbaku.az