Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk dövlətləri ilə əlaqələr şöbəsinin sədri, Ankara millət vəkili Kürşad Zorlu Naxçıvana səfər edəcək.
newsbaku.az-ın xəbərinə görə, bu barədə o, rəsmi “X” hesabında paylaşım edib.
“Bu gün Naxçıvan-İğdır marşrutu üzrə ilk dayanacağımız türk dünyasının strateji mərkəzlərindən biri – “Türk qapısı” Naxçıvan olacaq.
Qarşıdan gələn dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə yaradacağı sülh və firavanlıq mühiti Naxçıvan marşrutundan yüksələcək”, – deyə Kürşad Zorlu paylaşımda bildirib.
newsbaku.az