Britaniya şahzadəsi Harri elan olunmamış səfərlə Kiyevə gedib

image-img_3102backend

Böyük Britaniya Şahzadəsi Harri səhər saatlarında Kiyevə çatıb.

newsbaku.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, Britaniya kral ailəsinin üzvü yerli hökumətin dəvəti ilə Ukraynaya səfər edib.

Qonaq bildirib ki, cəbhədə ağır yaralanan minlərlə hərbçinin reabilitasiyasına kömək etmək niyyətindədir. Müvafiq dəstəyi Şahzadə Harrinin “Invictus Games Foundation” fondunun üzvləri təmin edəcəklər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki