“Məktəblərdə aparılan monitorinqlər və yoxlamalar nəticəsində 30-35 şagirdin təhsil aldığı siniflərdə təhsilin göstəricisi müsbət olub, ona görə də şagirdlərin sayının azaldılması məsələsi prioritet deyil”.
newsbaku.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdeyib.
“Bəzi az sayda siniflər var ki, orada 40-45 şagird təhsil alır. Belə olan halda həmin siniflərin bölünməsi və şagird sayının azaldılması həyata keçirilir”, – deyə E.Bağırov qeyd edib.
newsbaku.az