“Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri” ilə bağlı tender elan edilib.
newsbaku.az Valyuta.az-a istinadən xəxbər verir ki, layihənin ümumi dəyəri 4 milyon 630 min 888 manat olaraq müəyyən edilib.
Satınalma “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən həyata keçirilir.
Tender üzrə son tarix 25 sentyabrdır. Layihə çərçivəsində Hadrut qəsəbəsində yeni infrastruktur binasının inşası və mövcud çoxmənzilli yaşayış binalarının təmir-bərpa işləri planlaşdırılır.
newsbaku.az