Azərbaycanlı qolkiper Eldar Tağızadənin “Barselona”dakı karyerası uzun çəkməyib.
newsbaku.az Sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb.
Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil.
Tağızadə “Barselona”nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib.
Tağızadə hazırda klubsuzdur. “Neftçi”nin yetirməsi olan Eldar “Klermon” U-19, “Luqo”, “Tudelano” klublarında çıxış edib.
newsbaku.az