Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” – Deputatın topdağıtmaz biznes imperiyasında nələr var?

image-whatsapp-image-2025-07-23-at-13-04-42backend

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin adı ətrafında formalaşan biznes şəbəkəsi getdikcə daha çox sual doğurur. Məlumatlara əsasən, millət vəkilinə və ailəsinə məxsus olduğu iddia edilən çoxsaylı şirkətlər təkcə Azərbaycanın daxilində deyil, eləcə də bir neçə xarici ölkədə də qeydiyyatdan keçib və müxtəlif fəaliyyət sahələrini əhatə edir.

newsbaku.az Yenicag.az-a istinadən xəbər verir ki, biznes imperiyasına malik olan deputatın əmlakları ilə bağlı jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə sanatoriyalardan mebel istehsalına, avtomobil lizinqindən elektron ödəniş sistemlərinə, əczaçılıqdan daşınmaz əmlaka qədər geniş sektoru əhatə edən kommersiya subyektlərinin birbaşa və ya dolayı yolla deputatla əlaqəli olduğu göstərilir. Onların bəziləri maliyyə və gömrük pozuntuları ilə gündəmə gəlib.

Siyahıda “Shahdag Quba Truskavets Medical Sanatorium”, “Shahdag Quba Truskavets VIP Sanatorium”, “Şah Mebel” Şirkətlər Qrupu (istehsal fabriki – red.), “Internatıonal leasing Company” (avtomobillərin lizinqi – red.), “Capital Leasing”, “Rahat Kredit-Lombard” (Bakı və İmişlidə 4 filialı fəaliyyət göstərir – red.), “Trendpay” elektron ödəmə sistemi, “Caspian Audit Company”, “Caspian Standart” CO LLC (Neft və qaz sənayesi üçün avadanlıqların alınması – red.), “Baku Metal Service” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Maryam Foundation”, “Dialog Freight Limited Azerbaijan”, Londondan idarə olunan, səhmlərinin 75% isə “Dialog Freight Limited Azerbaijan”a məxsus olan “Dialog Freight Limited UK” beynəlxalq dəniz yükdaşıması şirkətləri və “Agroline Group” MMC-nin adı yer almaqdadır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki