“Belçika “F-16″ qırıcılarını Ukraynaya sentyabrda təhvil verəcək”.
newsbaku.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo Odessada Ukrayna ilə Benilüks ölkələri (Belçika, Niderland və Lüksemburq) arasında keçirilən görüşün yekunları üzrə bildirib.
O, nə qədər təyyarənin göndəriləcəyini dəqiqləşdirməyib.
Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdə minalardan təmizlənmə üçün gəmilər verəcək və habelə dronlar göndərəcək.
newsbaku.az