Azərbaycanın dövriyyədə bir milyard dollardan çox avrobondları var

image-1200-1backend

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 27.7%-ni və ya 1 milyard 387.3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

newsbaku.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bu rəqəm II rübdə dəyişməyib.

Hesabat tarixinə avrobondların 310.7 milyon dollarının ödəniş müddəti 2029-cu ilə qədər, 1 milyard 76.6 milyon dolarının isə ödəniş müddəti 2032-ci ilə qədər olub. Avrobondlar üzrə kupon ödənişləri isə müvafiq olaraq 5.125% və 3.5% təşkil edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki