Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
newsbaku.az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.
“Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzaladıq. Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə imzaladığımız sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək”, – deyə M.Cabbarov paylaşımında qeyd edib.
newsbaku.az