ABŞ-də katolik məktəbində atışma: Ölənlər və yaralananlar var

image-dear6ercjl3wmh7sd2qznp9ihktmifjedt2esoq0_1200backend

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində yerləşən katolik məktəbində atışma baş verib. Hadisə nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

newsbaku.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə yerində Federal Təhqiqatlar Bürosunun əməkdaşları işləyirlər.

Bildirilir ki, tədris ocağında məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqlar təhsil alırlar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki