Yevlaxda avtomobil dəmir yolu kranı ilə toqquşdu, ölən var

image-1backend

Yevlaxda avtomobil dəmir yolunda kranla toqquşub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Fərman Süleyman oğlu Quliyev idarə etdiyi “Renault Megane” markalı avtomobillə Yevlax-Bərdə dəmir yolu xəttinin 22-ci kilometrliyi, piket 8-də dəmir yolu xəttinin üzərində kran-drezinlə toqquşub. Hadisə nəticəsində ağır bədən xəsarətləri ilə Bərdə şəhər Diaqnostika Mərkəzinə yerləşdirilən F.Quliyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki