Tramp Sorosun fəaliyyətinin araşdırılacağını bəyan edib

image-switzerland-politics-economy-diplomacy-wef-davosbackend

“Biz Soros məsələsinə baxacağıq”.

newsbaku.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalında canlı efirində verdiyi müsahibədə deyib.

“Biz Sorosu araşdıracağıq. Çünki ona və başqa adamlara qarşı RICO (reketçilik və qanunsuz təşkilatlara görə mühakimə aktı) işi var”, – D.Tramp qeyd edib.

Məlumat üçün qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Sorosa qarşı cinayət işinin açılmasını tələb edib. Milyarder hökumətə qarşı etirazları dəstəkləməkdə ittiham edilir. D.Tramp hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-yə ciddi ziyan vurur. Prezident, bununla yanaşı, dəfələrlə 94 yaşlı milyarder və onun fondu barədə “psixopatlar qrupu”, “sərsəmlər” kimi ifadələr səsləndirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki