Şimali Atlantika Alyansı (NATO) Rusiya dronlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra ittifaqın şərq cinahda mövqelərini gücləndirmək üçün “Şərq gözətçisi” əməliyyatına başlayır.
newsbaku.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçin sözlərinə görə, əməliyyat hava və qurudan müdafiə elementlərini əhatə edəcək.
newsbaku.az